Baş prokurorluq Vahid Ələkbərova qarşı irimiqyaslı yoxlamalara başladı
Rusiya Baş prokurorluğu Mərkəzi Bank tərəfindən müvəqqəti idarəçilik tətbiq olunan "Otkrıtie” bankının səhmdarları Leonid Fedun, Vahid Ələkbərov və Aleksandr Belyayevlə bağlı irimiqyaslı yoxlamalara başlayıb.
Baş prokurorluq onları bir tərəfdən bankın müflisləşməsinə gətirib çıxaran, digər tərəfdən dələduzluq yolu ilə mənfəət əldə etməyə imkan verən hərəkətlərdə şübhəli hesab edir.
Hüquq-mühafizə orqanlarında belə qənaətə gəliblər ki, "Lukoil” prezidenti Vahid Ələkbərov və onun biznes ortaqları Arxangelsk vilayətində almaz hasilatı ilə məşğul olan "Arxangelsk geoloji hasilat” ("Arxanqelskgeoldobıça”) şirkətinin səhmlərini banka bazar dəyərindən dəfələrlə baha sırıyıblar. Belə ki, səhmlərin bazar dəyəri 300-350 milyon dollar olduğu halda bank onu 1.5 milyard dollara alıb. Əldə olunan fərq isə bankın səhmdarları-Aleksandr Belyayev, Leonid Fedun və Vahid Ələkbərov arasında bölünüb.
Məlumata görə Baş prokurorluq bu işlə bağlı təhqiqatı Mərkəzi Bankla birlikdə aparır. Xəbər verildiyi kimi "Otkrıtie” bankında 5 milyard dollara yaxın kapital yetərsizliyi aşkarlanıb, nəticədə Mərkəzi Bank bankda müvəqqəti idarəçilik tətbiq edərək səhmdarların qarşısında həmin pulu tapıb yerinə qoymaq tələbi qoyub. Lakin bankın təsisçisi Vadim Belyayev Rusiyanı tərk edib və geri qayıtmaq niyyətində deyil. Nəticədə dövlət orqanları bankın çatışmayan kapitalına görə onun səhmdarlarının aktivlərini müsadirə etməyi qərara alıb.
Gözlənilir ki, bankın çatışmayan kapitalına görə Vahid Ələkbərovun "Lukoil” şirkətindəki səhmlərinin bir hissəsi müsadirə olunacaq. Rusiyada bank sektorunun konsolidasiyası Fondunun nizamnaməsinə əsasən kredit təşkilatlarının sağlamlaşdırılması tədbirlərində onun sahibləri birbaşa iştirak etməlidir.
Lakin Fond tərəfindən bankın sağlamlaşdırılmasına yönəlmiş tədbirlər çətinliklərlə qarşılaşıb. Nəticədə işə Baş prokurorluq cəlb edilib. Bankın səhmdarları aktivlərinin müsadirə olunmasına imkan vermək istəmirlər. Nəticədə Baş prokurorluq səhmdarların şübhəli maxinasiyalarına dair təhqiqata başlayıb. İstisna deyil ki, bu təhqiqat çərçivəsndə yeni faktlar ortaya çıxacaq və səhmdarların dövlət qarşısında maliyyə öhdəlikləri xeyli artacaq.
Xatırladaq ki, Vahid Ələkbərov almaz yatağında hasilatla məşğul olan şirkətini bu ilin mayında satmışdı.”Lukoil” bildirmişdi ki, "Arxenqelskqeoldobıça" Açıq Səhmdar Cəmiyyətinə məxsus səhmlərin 100 faizi "Otkrıtie” bankının təsisçisi olduğu "Açıq Sənaye İnvestisiyaları" şirkətinə satılıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır