Məşhur idmançının ailəsində faciə: arvadı qızını doğradı, oğlunu boğdu
İtaliyanın və Avropanın ən məşhur reqbiçilərindən olan italyan Andrea Benattinin ailəsində faciə yaşanıb. İdmançının 39 yaşlı arvadı Antonella Barbyeri 2 yaşlı qızı Kimi yataqda yastıqla boğandan sonra 5 yaşlı oğlu Lorenso Zevsi maşına oturdub.
Yolda qadın mətbəx bıçağı ilə oğlunun başını kəsib, sonra da intihar etməyə çalışıb.
Olay İtaliyanın Lombardiya vilayətindəki Suzarra şəhərində yaşanıb.
A.Barbyerinin salonu qan içində olduğunu görən yoldan keçənlər təcili yardım çağırıblar. Psixi problemləri olan qadını Reccio-Emiliya şəhərindəki "Santa Maria Nuova Hospital"a aparıblar.
A.Barbyeri indi ağır vəziyyətdədir. O, həkimlərin yardımından imtina edir, "Pis iş görmüşəm, ölmək istəyirəm!" deyir.
Görmə qabiliyyəti zəifləmiş Andrea Benatti son illər bizneslə məşğul olurdu. O, ailəsindəki faciə barədə işdə olarkən xəbər tutub.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır