“Buradan İsrailə meydan oxuyuram” - Fələstin prezidenti
“Sülh üçün çalışarkən bir anda bizə yüz ilin silləsini vurdular”. Bu sözləri Fələstin prezidenti Mahmud Abbas İstanbulda zirvə görüşündə çıxışı zamanı deyib:
“Trampın bu qərarı beynəlxalq hüquqa və sazişlərə ziddir. ABŞ tərəfindən tək yönlü alınan bu qərar keçərli deyil. Qüds həm müsəlmanların, həm də xristianların yaşayış məkanı olaraq qalacaq.
Dünyada din savaşında kim fayda görəcək? Dünyada terror təşkilatlarını ortaya çıxaran kimdir ? Bu sualları buradan vermək istəyirəm.
Tramp Qüdsü İsrailə hədiyyə etmək istəyir. Sanki ABŞ əyalətlərindən birini hədiyyə edir.
Dünya ölkələrinin böyük əksəriyyəti, Kanada, İngiltərə və Avstraliya da bu dəfə ABŞ-ın yanında yer almadı.
ABŞ bütün insanlığın və müsəlmanların vicdanını yaralayacaq qərar alıb. Qüds keçmişdə də, bu gün də və gələcəkdə də Fələstinin paytaxtı olacaq. Buradan İsrailə meydan oxuyuram”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır