Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırdı - Ərdoğan Trampa qarşı
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda baş tutan İslam Əməkdaşlığı Şurasının fövqəladə toplantısında çıxış edib. xalqxeber.az xəbər verir ki, toplantı müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz edən Türkiyə lideri bütün islam ölkələrini paytaxtı Qüds olan Fələstin dövlətini tanımağa çağırıb:
“Bu qədim şəhərin küçələrində bir neçə dəqiqə dolaşan hər kəs şəhərin işğal altında olduğunu anlayacaq. Onsuz da işğal altında olan bu şəhərlə bağlı belə bir qərarın heç bir hökmü ola bilməz.
Bu qərar hər şeydən əvvəl fələstinlilərin cəzalandırılması anlamına gəlir. ABŞ-ın bu hüquqsuz qərarına sadəcə İsrail dəstək verib. Bu qanunkənar qərarı tanımayan ölkələrə təşəkkür edirik.
Siz tək başınıza qərar ala bilməzsiniz. Dünya tək sizdən ibarət deyil. ABŞ kimi güclü ölkə ola bilsiniz, silahlarınız ola bilər, amma bunlar sizin güclü olduğunuzu ifadə etməz. Əgər haqlısınızsa güclüsünüz.
İsrail işğal dövlətidir, terror dövlətidir. 10 yaşındakı uşaqları o terrorçu əsgərlər saxlayırlar və dəmir qəfəslərin içərisinə toplayırlar. Ey Tramp, sənə daha nəyi başa salım, həqiqətlər ortadadır. İsrail etdiyi bütün terror əməllərinə görə mükafatlandırılır. Bu mükafatı verən isə Trampdır.
Trampın bu qərarı beynəlxalq hüququ çeynəməklə yanaşı, islam mədəniyyətinə endirilən zərbədir".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır