Rza Zərrab günahını etiraf etdi

Rza Zərrab günahını etiraf etdi Bank fırıldaqçılığı və “çirkli pulların yuyulması” maddələri ilə ABŞ-da həbsdə olan iş adamı Rza Zərrabın əməlini etiraf etdiyi açıqlanıb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, bu barədə cinayət işinə baxan Nyu-York Cəmub Bölgəsi Federal Məhkəməsinin hakimi Riçard Berman məlumat verib.

O, Zərrabın bu gün keçiriləcək məhkəmə prosesində eyni maddələrlə həbsdə olan “Halkbank”ın sabiq icraçı direktoru Hakan Atillaya şahidlik edəcəyini bildirib.

H.Atillanın vəkilləri məhkəmə prosesinin 2 həftə təxirə salınmasını istəsələr də, bu tələb rədd edilib.

Qeyd edək ki, İran və Türkiyə vətəndaşlığı olan R.Zərrab 19 mart 2016-cı ildə Mayamidə tutulub.
Geri qayıt