SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Süleyman Kərimovun həbsi Kreml oliqarxiyası üçün kabusa çevrilib

Süleyman Kərimovun həbsi Kreml oliqarxiyası üçün kabusa çevrilib

Tarix:

26-11-2017, 15:50

/ 1 487 dəfə oxundu.
Süleyman Kərimovun həbsi Kreml oliqarxiyası üçün kabusa çevrilib

Rejimin milyarderləri artıq Qərbdəki mülklərinin toxunulmaz olmadığını anlayırlar
Rusiya senatoru, milyarder və iş adamı Süleyman Kərimov Fransanın Nitsa şəhərində həbs olunub. Milyarder-senator Fransanın hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda vergi qaçırmaqda ittiham edilir. Hələ ki, Kərimov böyük məbləğdə girov ödəməklə məhkəməyə qədər həbsdə qalmaqdan yaxasını qurtara bilib.
Süleyman Kərimovun tutulmasına əsas səbəb ona məxsus bir sıra villaların gerçək sahibini, yəni özünü gizlətməsidir. Bununla o, böyük miqdarda hesablanan əmlak vergisindən azad olmağı planlaşdırırmış. Belə ki, Nitsadakı “Hier” villası Aleksandr Ştudhalter adlı isveçrəli bir iş adamının mülkiyyətindəymiş kimi göstərilsə də əslində bu lüks malikanə rusiyalı milyarderə məxsus olub.
Fransanın “Le Figaro” qəzetinin yazarı Giyom Errarın yazdığına görə, 51 yaşlı neft və qızıl maqnatı “Hier”dən başqa Ştudhalterin adına Lazur sahillərində MedyRoc, Lexa və Florella adlı xüsusi villalar alıb. Hazırda bu obyektlər müsadirə edilmiş əmlakın idarə edilməsi üzrə agentliyin sərəncamına keçib.
“Hier” villası ətrafında yaranan digər qalmaqal onun alınma qiyməti ilə bağlıdır. Bu gün Nitsada həmin malikanənin ümumi dəyəri 150 milyon avro civarında hesablanır. Lakin villanın rəsmi satışında 35 milyon avro göstərilib.
“Real satış isə 127 milyon avro olub. Fransa polisi bu barədə məlumatı dələduzluqda təqsirləndirilən və bu tip işlərlə məşğul olan bir vəkilin telefon dinləmələrindən əldə edib”, - məqalədə göstərilir.
Fransanın daha bir populyar “Le Monde” qəzetinin icmalçısı İzabel Mandro Kərimovun həbsinin Rusiyada əsl sensasiya effektini yaratdığını yazıb. Belə ki, sərvətinin hardan gəldyi məlum olmayan Süleyman Kərimov vətənində hakimiyyət üçün “xeyirxah” və “səxavətli” adam kimi tanınırmış.
Məsələn məhz Süleyman Kərimov Moskvada böyük Cümə məscidinin tikintisinə 150 milyon dollar pul ayırıb. Bu məscidin açılışı şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən həyata keçirilib.
“İndi onun Fransada üzləşdiyi hüquqi xoşagəlməzliklər Rusyada qanun tərəfindən təqib olunmağa alışmayan bütün oliqraxik elita üçün ciddi başağrısı və həyəcan siqnalı hesab olunur”, - məqalədə qeyd edilir.
Müəllif Süleyman Kərimovun siyasi dairələrdə geniş dostluq şəbəkəsi qurduğunu xatırladaraq, onun 2007-ci ildən bu yana Rusiya Federasiya Şurasının üzvü olduğunu, yəni əslində hakimiyyət dairəsinə daxil edildiyini bildirir. Yazıda Kərimovun Rusiya baş nazirinin müavini İqor Şuvalovla yaxınlığı xüsusi qeyd olunub.
ABŞ-ın “The Daily Beast” qəzetinin yazarı Anna Nemtsova Süleyman Kərimovun Rusiyada “toxunulmazlar” siyahısında olduğunu və bu səbəbdən fransız polisinin onu həbs etməklə Rusiya hakimiyyət dairələrini şoka saldğını yazır. Nemtsova Rusiya elitasının öz pullarının və əmlaklarının mühafizəsi üçün Fransız Rivyerasını (Fransanın Aralıq dənizindəki bölgəsinə verilən addır) ən təhlükəsiz bölgələrdən biri olaraq gözdən keçirdiklərini bildirir.
“Rusiya və Qərb arasında gərginliyin fonunda Kərimov bütün gücü ilə öz adını, azadlığını, habelə kapitalını həm Rusiyada, həm də Fransada qorumağa çalışırdı” - jurnalist yazlr.
Məqalədə rəyi alınan müstəqil icmalçı Olqa Proskurnina Rusiyaın 350 milyonerinin və 8 milyarderinin Fransız Riverasında bahalı və dəbdəbəli villalara sahib olduğunu göstərib.
“Bu adamların əsl həyatı xaricdədir. Onlar Rusiyaya haqsız qazanclarını yığmağa və öz sövdələşmələrini gizlətmək üçün ağla gələn və gəlməyən sxemləri həyata keçirmək üçün gəlirlər”, - Proskurnina deyib.
Müəllif Kərimovun həbsinin Moskvada yol açdığı panikanı rejimin bir sıra nümayəndələrinin dilindən eşidildiyini bildirir. Məsələn Qlobalizasiya institunun rəhbəri Mixail Delyagin Süleyman Kərimovun həbsini Qərbin Rusiya oliqarxlarının gözlərini qorxudaraq onlardan Moskvada çevriliş hazırlamaq üçün istifadə etmək yolunda atılan cəhd kimi qiymətləndirib.
“Bu hadisə Qərbin Rusiya oliqarxlarını öz tərəfinə çəkməklə bağlı bir məşqidir. Bununla Qərb onları Rusiyada təşkil edəcəyi “Maydan” zamanı (yəni hakimiyyətə qarşı inqilabda) öz yanında görmək istəyir”, - Delyagin nakanune.ru saytında yazıb.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ