Şevçenko Azərbaycana görə hər kəsi susdurdu (VİDEO)
Rusiyanın "Birinci kanal”ında yayımlanan "Zaman göstərəcək” tok-şousunda polyak millətçisi Tomaş Matseyçukla rusiyalı politoloq Maksim Şevçenko arasında mübahisə yaşanıb.
Mübahisəyə səbəb tok-şouda Rusiyanın müttəfiqi sayılan Ermənistanın Şərq Tərəfdaşlığı layihəsinə qoşulması olub. Matseyçukun Şərq Tərəfdaşlığını demokratiyanın və avropalaşmanın postsovet məkanında yayılması vasitəsi kimi qələmə verməsi Şevçenkonun etiraz etməsi ilə nəticələnib. Bu zaman Şevçenkonun Şərq Tərəfdaşlığını yeni nizam adlandırması ilə razılaşan polyak millətçi "Şərq Tərəfdaşlığı yeni Avropa nizamının yaradılması üçün vasitədir” deyib.
Daha sonra Matseyçuk Şevçenkoya Ermənistanın düşməni olub-olmaması ilə bağlı sual verib. Şevçenko isə düşünmədən "Rusiyanın müttəfiqi olan ermənilər bizim də müttəfiqimizdir, sizin müttəfiqiniz olanlar isə düşmənimizdir” deyib.
Matseyçukun "Bəs Qarabağ kimindir?” sualına Şevçenko sərt şəkildə "Qarabağ Azərbaycan ərazisidir.
Azərbaycanın taleyi isə Moskva, Ankara və Tehran arasındakı üçtərəfli razılaşma ilə həll edilməlidir” sözlərini söyləyib.
Matseyçuk isə daha sonra Şevçonkaya cavabında onunla razılaşmadığını bildirir:
"Bir polyak kimi deyirəm. Qarabağ Ermənistandır, buna görə də Ermənistan bizimlə olacaq, buna görə də Ermənistan bizim müttəfiqimiz olacaq. Ona görə ki, siz ruslar azərbaycanlılara silah satırsınız, azərbaycanlılar isə sizin müttəfiqlərinizi öldürürlər. Bu ikiüzlülükdür. Siz ermənilərin müttəfiqi deyilsiniz”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır