XalqXəbər.Az

www.XALQXEBER.az » Dünya » Səudiyyə şahzadəsi vertolyot qəzasında öldü - Məmurlarla birgə

Səudiyyə şahzadəsi vertolyot qəzasında öldü - Məmurlarla birgə

Səudiyyə şahzadəsi vertolyot qəzasında öldü - Məmurlarla birgə
6-11-2017, 11:36

Səudiyyə Ərəbistanında vertolyot qəzaya düşüb.

Xarici KİV-ə istinadən xəbər veririk ki, insident ötən gecə şahzadə ölkənin cənub-qərbinə etdiyi birgünlük səfərdən qayıdan zaman baş verib.

Asir əyalətinin qubernatorunun müavini, şahzadə Mənsur bin Makrin də ölənlər arasında olub. Vertolyotun göyərtəsində ümumilikdə səkkiz yüksək vəzifəli məmur olub. Göyərtədə olan 8 nəfərin hamısı ölüb. Vertolyotun qalıqları Yəmən sahillərində tapılıb.

Ərəb mediası şahzadənin olduğu təyyarənin qəzaya düşməmişdən əvvəl çəkilən videosunu yayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.