PKK 8 azərbaycanlı sərhədçini şəhid etdi
İranın Qərbi Azərbaycan əyalətinin Türkiyə sərhədinə yaxın Çaldıran məntəqəsində yaraqlı kürd qruplaşmaları ilə baş verən silahlı qarşıdurmada 8 İran sərhədçisi öldürülüb.
Bu barədə Qərbi Azərbaycan əyaləti valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Radfər jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, hadisə noyabrın 3-ü axşam saatlarında Türkiyə sərhədinə yaxın Çaldıran şəhərinin Babanur məntəqəsində baş verib: "Kürd terrorçuları ilə baş verən qarşıdurmada 8 sərhədçimiz şəhid edilib. Şəhid olanlardan 5-i zabit, 3-ü isə əsgərdir. Qarşıdurmada həmçinin terrorçular çoxlu sayda itki verdikdən sonra hadisə yerindən qaçıblar. Onların tutulması üçün başlanmış təqib və axtarış əməliyyatı davam edir”.
Əlirza Radfər, yaraqlıların hansı kürd qrupuna bağlı olduğunu mediaya açıqlamasa da, sərhədçilərlə atışmanın PKK terror təşkilatının İran qanadı sayılan PJAK və ya digər müxalif kürd qruplaşmaları arasında baş verdiyi təxmin edilir.
Terrorçuların şəhid etdiyi sərhədçilər
Həmid Hacızadə (polis)
Məhbub Nuri (polis)
Mehdi Hüseynzadə (polis)
Gulabi (əsgər)
Kəltə (əsgər)
Qurbani (əsgər)
Qadiri (əsgər)
Hüseynzadə (əsgər)
Qeyd edək ki, şəhid olanlar azərbaycanlılardır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır