Sürücülərin etirazlarından sonra gömrük əməkdaşı işdən çıxarıldı
Dağıstanın rəhbəri Vladimir Vasilyev Rusiya-Azərbaycan sərhədindəki “Yaraq-Qazmalar” keçid məntəqəsində baş verən insidentin araşdırılmasını, təqsirkarların cəzalandırılmasını və gömrük keçid məntəqəsindən nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin etməyi tapşırıb.
Oktyabr ayının 31-də Rusiya-Azərbaycan sərhədində bir qrup sürücü etiraz aksiyası keçirib. Aksiya iştirakçıları iddia edib ki, Dağıstan gömrükçüləri onlardan rüşvət tələb edib. Bundan başqa, sürücülər gömrükçülərin onlara qarşı təhqiramiz ifadələr işlətdiyini də bildirib.
Aksiyada 200-dək dağıstanlı və azərbaycanlı sürücü iştirak edib. Onların sözlərinə görə, dağıstanlı gömrükçülərin yaratdığı bürokratik əngəllər səbəbindən ağırtonnajlı nəqliyyat vasitələrində olan yüklər xarab olur. Noyabrın 3-dən etibarən, yəni etiraz aksiyasından sonra maşınların buraxılışı nisbətən sürətlənib.
Yerli gömrük xidmətinin rəis müavini Hacımurad Şamxalov bildirib ki, dağıstanlı sürücüləri təhqir edən gömrükçü artıq işdən çıxarılıb.
Dağıstan rəhbərinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda əsas məqsəd yaranan gərginliyin aradan qaldırılmasıdır.
V. Vasilyev Dağıstan hökuməti sədrinin müavini Ramazan Cəfərova insidenti araşdırmağa və onu hesabat verməyi tapşırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır