Mafiya lideri plastik əməliyyat zamanı öldürüldü
Meksikada neft oğurluğu və tranziti ilə məşğul olan dəstənin lideri Xesus Martin plastik əməliyyata getdiyi xəstəxanada öldürülüb.
Xarici KİV-ə istinadən xəbər veririk ki, düşmənləri tərəfindən tanınmamaq üçün görünüşünü dəyişmək istəyən X.Martin narkozun təsiri altında olarkən güllələnib və daha sonra da ayılmayıb. Dəstə liderinin ölümü ilə bağlı 2 versiya nəzərdən keçirilir: Ya kimsə Martinin öz dəstəsindən olub, ya da xəstəxana personalından kimsə onun əməliyyat olması barədə məlumatı düşmənlərinə çatdırıb.
İstintaq liderin öz dəstə üzvləri tərəfindən öldürüldüyü ehtimalı üzərində daha çox dayansa da, xəstəxanadakı həkimlərin bu işdə əli olub-olmadığını da araşdırır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır