Daha bir offşor qalmaqalı yaxınlaşır
Bermud adalarında qeydiyyatdan keçmiş “Appleby” şirkəti öz müştərilərini onların offşor aktivlərinə dair məlumatların yayılması təhlükəsi ilə bağlı xəbərdar edib.
Bu barədə “The Telegraph” məlumat yayıb. Bermud,Virgin və Kayman adaları offşor zonalarında şirkətlərin qeydiyyatı ilə məşğul olan bu şirkət ehtimal edir ki, müştərilərin məxfi məlumatlarını ötən il hakerlər ələ keçirib.
Qeyd olunur ki, offşorlar barədə məlumatlar yaxın vaxtlarda yayıla bilər. “Appleby” öz müştərilərinə tövsiyə edir ki, indidən hüquqi müdafiəyə hazırlaşsınlar və öz imiclərini müdafiə etmək üçün PR-mütəxəssislər tutsunlar.
“Appleby” bildirir ki, onların İT-mütəxəssisləri şirkətin daxili kompüter şəbəkəsinin “sındırıldığı” barədə məlumatları araşdırır. Qəzet qeyd edir ki, offşor sirlərinin üzə çıxması ilə bağlı yeni qalmaqal Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən Panamanın “Mossak Fonseca” şirkətinin müştərilərinin məlumatlarını “Panama kağızları” adı altında yaymasından cəmi il yarım sonraya təsadüf edə bilər. “Panama kağızları” dosyesi bir çox siyasətçilərin, o cümlədən Pakistan baş naziri Nəvaz Şərifin istefasına səbəb olub. Bu sənədlər əsasında araşdırma aparan Malta jurnalisti bu günlərdə avtomobilinin partladılması nəticəsində öldürülüb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır