Ərdoğan Myanmar lideri ilə telefon danışığı aparıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Myanmarın faktiki rəhbəri, dövlət müşaviri vəzifəsi tutan Aun San Su Çji (Aung San Suu Kyi) arasında telefon danışığı olub
"haberler.com"a istinadən verdiyimiz xəbərə görə, R. T. Ərdoğan danışıq zamanı Myanmarda Arakan müsəlmanlarına qarşı insan hüquqlarının pozulması hallarının artdığını və bunun İslam ölkələri başda olmaqla, bütün dünyada narahatlıq doğurduğunu dilə gətirib.
O, Türkiyənin həm terroru, həm də məsum insanları hədəf alan hərbi əməliyyatları qınadığını bildirib. Tərəflər böhranın həlli və bölgə əhalisinə humanitar yardımların çatdırılması məsələlərini müzakirə ediblər.
Türkiyə prezidenti problemin həlli üçün atılan bütün addımları dəstəklədiyini və bu müddətdə silahların yerə qoyulmasını və yerli əhalinin zərər görməməsi üçün həssas davranmaq lazım olduğunu vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...