Gördüklərinizə inanmayacaqsınız: Dünyanın ən varlı gənc iş adamının EVİNƏ SƏYAHƏT
Feysbuk sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq planetin ən zəngin adamlarından biridir.
Xarici mətbuata istinadən xəbər verir ki, istedadlı proqramçının evinin görüntləri yayılıb. Çoxları elə düşünür ki, Mark dünyanın ən varlı gənc iş adamı olduğu üçün onun evi çox təmtəraqlıdır. Lakin bu, belə deyil. Olduqca sadə evdə yaşayan Zukerberq onu "ağıllı ev" adlandırır.
Maraqlıdır ki, milyarderin evində dəbdəbəli heç bir əşya yoxdur. Minimalist tərzdə dizayn olunan evdə ancaq rahatlıq və yaşayış üçün zəruri olan əşyalar yerləşdirilib. Bütün otaqlarda mebel və bəzək əşyası azdır.
Bu ev bir neçə il əvvəl 7 milyon dollara alınıb və demək olar ki, alındığı kimi də saxlanılıb. Kifayət qədər sadə həyat tərzi sürən Zukerberq və onun həyat yoldaşı Prisçilla Çan filantropiya (Filantropiya ehtiyacı olanlara kömək məqsədilə fəaliyyət göstərən insanlara deyilir) ilə şöhrət qazanıblar. Onlar pullarını qızıl unitazlar əvəzinə ancaq xeyriyyəçiliyə xərcləyirlər.
Mark Zukerberq həqiqətən də dünyanın ən gənc milyarderidir. O, qəlbində mərhəmət və ədalət hissini saxlayaraq pul və hakimiyyətin onu idarə etməsinə imkan vermir. Bu isə çox nadir hadisədir. Müasir dövrün qəhrəmanlarından biri hesab olunan heyrətamiz insan həqiqətən də hörmətə və pərəstişə layiqdir!






Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır