ISESCO: "Myanma prezidentindən Nobel Sülh Mükafatı geri alınsın"
İslam Təhsil, Elm və Mədəniyyət təşkilatı (ISESCO) Myanma prezidentinin sahib olduğu Nobel Sülh Mükafatının geri alınmasını tələb eləyib.
Xarici mediaya istinadən xəbər veririk ki, ISESCO bu barədə açıqlama verib və Myanma prezidenti Aunq San Suu Kyi-nin sahib olduğu Nobel Sülh Mükafatının ölkədə baş verən proseslərə göstərdiyi münasibətə görə geri alınmasını tələb edib. Açıqlamada bildirilir ki, Kyi ölkədəki insanlara qarşı törədilən vəhşiliklərə göz yumur. ISESCO həmçinin dünya ictimaiyyətini Myanmada baş verən proseslərə göz yummamağa və müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, Myanma ordusu silahlı militanlarla mübarizə məqsədilə təşkil etdiyi hərbi əməliyyatlarda müsəlmanların yaşadığı Arakan bölgəsində çox sayda mülki əhali dünyasını dəyişib və minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır