XalqXəbər.Az

XalqXeber.Az » Dünya » İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq

İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq

İran rəsmisi: ABŞ ölkənin elektrik stansiyalarına hücum etsə, Səudiyyə Ərəbistanı qaranlığa qərq olacaq
7-04-2026, 18:14

 İran boş vədlər qarşılığında Hörmüz boğazını açmayacaq.

Bunu anonim iranlı rəsmi “Reuters“ə deyib.

Mənbə bildirib ki, hazırda İranın tam təslim olmağa çağıran Vaşinqtonla heç bir dialoq aparılmır.

İranlı rəsmi ABŞ-ın ölkənin elektrik stansiyalarına hücum edəcəyi təqdirdə, Səudiyyə Ərəbistanının qaranlığa bürünəcəyini bildirib.

“Əgər vəziyyət nəzarətdən çıxsa, İran həm də Bab əl-Məndəb boğazını bağlayacaq”, - anonim rəsmi vurğulayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.