Ərdoğan İstanbulda İsrail Konsulluğu yaxınlığındakı atışmadan danışıb
Türkiyə təxribatlara dözməyəcək.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda İsrailin Konsulluğu yaxınlığında baş vermiş atışma barədə danışarkən bildirib.
Hadisəni pisləyən Ərdoğan deyib ki, Türkiyədəki etimad atmosferinin məqsədyönlü təxribatlarla pozulmasına imkan verməyəcəklər.
Onun sözlərinə görə, atışma vaxtı biri ölü, ikisi yaralı olmaqla, üç terrorçu zərərsizləşdirilib, iki polis əməkdaşı yüngül xəsarət alıb.
Türkiyə Prezidenti qeyd edib ki, hadisə ilə bağlı həm İstanbul Baş Prokurorluğu, həm də polis və kəşfiyyat orqanları araşdırma aparır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır