Dağıstanda güclü yağışlar nəticəsində yüzlərlə ev su altında qalıb
Dağıstanın Xasavyurd rayonu ərazisində leysan yağışları səbəbindən 460-dan çox ev su altında qalıb.
Bu barədə rayon rəhbərinin səlahiyyətlərini müvəqqəti icra edən Bahautdin Mamayev bildirib, onun sözləri rayon administrasiyasının "Telegram" kanalında yer alıb.
Məlumata görə, hazırda əhalinin təxliyəsi aparılır.
"Hazırda 468 ev subasmaya məruz qalıb, yerli əhalinin tam təxliyəsi aparılır", - hakimiyyət nümayəndəsi dəqiqləşdirib və əlavə edib ki, sakinlər "UAZ" və "KamAZ" avtomobillərinin köməyi ilə daşınır. Ərazidə üç müvəqqəti yerləşdirmə məntəqəsi təşkil edilib.
Bundan başqa, Botayurddakı tibb müəssisəsindən 43 xəstə təxliyə edilib.
Daha əvvəl Dağıstan rəhbəri Sergey Məlikov məlumat vermişdi ki, subasmalar nəticəsində respublikanın təxminən 110 min sakini hələ də elektrik enerjisi təchizatından məhrumdur. Yerlərdə qəza-bərpa tədbirləri davam etdirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır