XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Suriyanın hərbi bazasına İraq ərazisindən PUA-lar ilə hücum edilib

Suriyanın hərbi bazasına İraq ərazisindən PUA-lar ilə hücum edilib

Suriyanın hərbi bazasına İraq ərazisindən PUA-lar ilə hücum edilib
29-03-2026, 10:00

Suriya ordusu bildirib ki, Haseke əyalətinin şimal-şərqindəki Kasraq hərbi bazasına İraq ərazisindən buraxılan dronlarla hücum edilib.

Bu barədə "Al Hadath" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bazaya dörd döyüş dronu tərəfindən zərbə endirilib.

Suriya tərəfi hücuma görə İraq hökumətini günahlandırıb. Zərbə nəticəsində yarana biləcək zərər və ya itki barədə məlumat verilməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.