Həbs olunmamaq üçün ölümünü səhnələşdirdi - 14 il sonra belə tutuldu - Video
Rusiya hüquq-mühafizə orqanları Həştərxan vilayətinin keçmiş mənzil nazirinin müavini Marianna Stupinanı 14 il əvvəl saxta ölüm sənədi ilə həbsdən qaçdıqdan sonra təsadüfən əla keçirib.
Stupina 2012-ci ildə korrupsiya və fırıldaqçılıq ittihamları ilə məhkum edilmişdi.
İstintaq məlumatına görə, Stupina həbsdən qaçmaq üçün inanılmaz plan qurub. O, Tatarıstan bölgəsində fiziki olaraq ona bənzəyən bir qadının cəsədindən istifadə edərək, saxta ölüm şəhadətnaməsi əldə edib. Həyat yoldaşı morqda gedərək, cəsədin Stupinaya aid olduğunu təsdiqləyib və hətta bədəndəki qeysəriyyə əməliyyatı çapığını Stupinaya məxsus iz kimi təqdim edib.
Saxta ölüm sənədinə əsasən, rəsmi olaraq ölmüş elan edilən Stupina başqa bir qadının pasportundan istifadə edərək, yeni ad altında gizli həyat sürüb. Araşdırmalar göstərir ki, bu müddət ərzində o, ailəsi ilə əlaqəsini heç vaxt kəsməyib. Qızının telefon qeydləri və həyat yoldaşının etirafları bu faktı təsdiqləyib.
Keçmiş nazir müavininin sağ olduğu qətl istintaqı zamanı ortaya çıxıb. Polis Stupinanın saxta adla gizləndiyini və əvvəlcə güman edilən qadının, əslində sağ olduğunu aşkar edib. Stupina gizləndiyi yerdə tutularkən istifadə etdiyi saxta sənədlər də ələ keçirilib.
Marianna Stupina artıq həm köhnə, həm də yeni ittihamlarla üzləşəcək. 2012-ci ildən bəri korrupsiya hökmü ilə yanaşı, ona qarşı “öz ölümünü saxtalaşdırmaq”, “dövlət qurumlarını yanıltmaq” və “sənədlərin saxtalaşdırılması” kimi yeni cinayət ittihamları irəli sürüləcək və keçmiş nazir müavini həbsxanaya göndəriləcək.(Qafqazinfo)

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır