ABŞ kəşfiyyatı: Çin yeni nəsil nüvə silahını sınaqdan keçirir
Çin yeni nəsil nüvə silahı hazırlayır və son illərdə onun sınağını keçirib.
Bu barədə CNN ABŞ kəşfiyyat orqanlarına istinadən məlumat yayıb.
Bildirilir ki, bu sınaq Çinin nüvə arsenalını dünyanın ən müasir və texnoloji baxımdan inkişaf etmiş vəziyyətə gətirmək məqsədilə həyata keçirilən geniş bir layihənin hissəsidir.
Məlumata görə, ABŞ rəsmiləri Çinin nüvə silahlarını daha da inkişaf etdirmək istədiyini düşünürlər. Onların fikirncə Çin bu silahları inkişaf etdirərək ABŞ və Rusiyaya daha yaxın bir güc olmağı hədəfləyir və bununla da, bu iki ölkənin hazırda sahib olmadığı yeni texnologiyalar əldə etməyə çalışır.
Kəşfiyyat məlumatlarına görə, Çin 2020-ci ilin iyun ayında, şimal-qərbdəki Lop Nur bölgəsində gizli nüvə sınağı keçirib. Bu sınaq 1996-cı ildən bəri Çinin tətbiq etdiyi öz moratoriumuna baxmayaraq həyata keçirilib. ABŞ rəsmiləri bu barədə yeni məlumatlar açıqlayıb və Çinin gələcəkdə daha çox sınaq keçirməyi planlaşdırdığı bildirilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır