Məşhur siyasətçinin oğlu Ukraynada öldü
Belarus prezidentliyinə namizəd olmuş Dmitri Usun oğlu İvan Us Ukraynada gedən döyüşlərdə ölüb.
Bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələr Komandanlığı məlumat yayıb.
İvan Us bu ilin yanvarında müqavilə bağlayaraq Ukraynaya qarşı müharibəyə qoşulub. Lakin iki ay sonra, yəni mart ayında onunla əlaqə itib və itkin düşmüş hesab olunub. Oktyabr ayında Ukrayna tərəfindən təhvil verilən Rusiya əsgərlərinin meyitləri arasında İvan Usun qalıqları da aşkarlanıb və şəxsiyyəti müəyyən edilib.
Qeyd edək ki, Dmitri Us 2010-cu ildə Belarusda prezident seçkilərində namizəd olub, o, cəmi 0.4% səs toplayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır