KİV: Yaponiyada yeni baş nazirin seçilməsi üçün keçiriləcək səsvermə ertələnə bilər
Hökumət və hakim Liberal Demokrat Partiyası (LDP) Yaponiyanın növbəti baş nazirinin seçilməsi üçün parlamentdə 21 oktyabr tarixində səsvermə keçirməyi planlaşdırır.
Bu barədə "Japantoday" mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, yeni baş nazir seçkisi üçün səsvermə nəzərdə tutulan növbədənkənar parlament sessiyasının ilk günü keçiriləcək.
Yeni sədr Sanae Takaiçinin rəhbərliyindəki LDP və ən böyük müxalif partiyası olan Konstitusional Demokrat Partiyası arasında səsvermə üçün digər siyasi qrupların dəstəyini qazanmaq uğrunda gərginləşən manevrləşmə səbəbindən səsvermənin təxirə salınma ehtimalı da var.
LDP-nin kiçik koalisiya tərəfdaşı olan "Komeito" Partiyası cümə günü uzunmüddətli müttəfiqinin korrupsiya qalmaqalını idarə tərzini tənqid edərək hakim blokdan çıxdığını elan edib. Bununla yanaşı, müxalif koalisiyanın alternativ namizəd irəli sürmə ehtimal Takaiçinin baş nazir olmasının önündə əngələ çevrilib.
LDP parlamentin hər iki palatasında ən böyük qüvvədir, lakin heç birində çoxluğa sahib deyil. Bu səbəblərdən hakim partiyanın səsəverməni ertələyəcəyi təxmin edilir.
Xatırladaq ki, oktyabrın 4-də Sanae Takaiçi Yaponiyanın hakim Liberal Demokrat Partiyasının yeni sədri seçilib. Onun ölkənin ilk qadın baş naziri olması gözlənilir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır