Avropa artıq müharibə şəraitindədir: liderlər “dünyanın sonu”nu elan edirlər
Avropa liderləri “dünyanın sonu”nu elan edirlər, lakin onların bəyanatları ABŞ-nin laqeydliyi ilə ziddiyyət təşkil edir, çünki Rusiya pilotsuz təyyarələri, təxribat və kiberhücumlar NATO-nun real təhlükəyə hazırlığını yoxlayır.
Bu barədə CNN yazıb.
Nəşrin yazdığına görə, Almaniya kansleri Fridrix Merz Avropanın düşdüyü yeni reallığı təsvir etmək üçün “Biz müharibədə deyilik, lakin artıq sülh içində deyilik” sözləridir. Onilliklər ərzində davam edən sabitlikdən sonra qitə bir daha sabitliyin pozulmasını hiss edir. Rusiya PUA-ları Avropa səmalarında peyda olur, kiberhücumlar və sabotajla infrastrukturlar iflic edilir.
NATO-nun keçmiş baş katibi Corc Robertson Avropanın yeni müharibəyə hazır olmadığı barədə xəbərdarlıq edib.
Mütəxəssislər hesab edir ki, Rusiya rəsmi olaraq münaqişə elan etmədən gizli fəaliyyət göstərir, lakin davamlı olaraq sabitliyi pozur.
Cəmi bir neçə həftə ərzində Polşa, Danimarka, Norveç, Almaniya və Estoniya üzərində onlarla hava məkanı pozuntusu qeydə alınıb.
Nəşr onu da qeyd edib ki, Avropa müdafiədən danışarkən, ABŞ daxili böhranlara qərq olub. ABŞ-nin belə bir qeyri-müəyyənliyi avropalı müttəfiqləri narahat edir. Avropa liderləri vəziyyətin real gərginləşəcəyi təqdirdə Vaşinqtonun dəstəyinə arxalana biləcəklərinə əmin deyillər.
Analitiklər hesab edirlər ki, Moskva təkcə sabitliyi pozmaq deyil, həm də Fransa, Almaniya və digər ölkələrdə seçicilər arasında panika yaratmaq istəyir.
“Əsas odur ki, avropalılar müharibə təhlükəsini öz əlləri ilə hiss etsinlər”, - Rusiya rəsmisi Dmitri Medvedev səmimi deyib.
Buna cavab olaraq NATO şərq cinah müdafiəsini gücləndirir.
Lakin bütün bunlara baxmayaraq ekspertlər xəbərdarlıq edib ki, Avropa hələ də hibrid müharibəyə hazır deyil.
Corc Robertson qeyd edir: "Müdafiə təkcə hərbi məsələ deyil. Hər kəs fövqəladə vəziyyətdə nə edəcəyini bilməlidir".
Qərb mediası yazır ki, son həftələrdə Avropada qeyri-sabitlik dalğası sürətlə artmaqdadır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır