Ağalarovların aktivləri müsadirə olunmayacaq - QƏRAR
Rusiyada “Krokus City Hall”da törədilən terror aktı ilə bağlı iş üzrə zərərçəkən şəxslərin vəkillərinin tələbi rədd edilib.
TASS agentliyinin məlumatına görə, istintaq “Krokus City Hall”ın sahibləri iş adamı Araz Ağalarov və oğlu, müğənni Emin Ağalarovun aktivlərinin dondurulması barədə müraciəti qəbul etməyib.
Zərərçəkmişlərin hüquqlarını təmsil edən vəkil İqor Trunov bildirib ki, qərar məhkəmə-tibbi ekspertizaların nəticələri əldə olunmadan verilib. Sənəddə vurğulanır ki, istintaq orqanları hazırda məsul şəxslərin dairəsini və onların hadisədə iştirak dərəcəsini müəyyənləşdirmək üçün bir neçə kompleks ekspertiza aparır.
Rəsmi açıqlamaya görə, bu ekspertizalar “xüsusi mürəkkəblik və tədqiqat obyektlərinin çoxluğu” səbəbindən uzun çəkəcək.
İstintaq qərarında qeyd olunur ki, ekspertizaların nəticələrindən sonra hadisəyə aid şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək və yalnız bundan sonra aktivlərin dondurulması məsələsinə baxıla bilər: "Hazırda belə təminat tədbirlərinin tətbiqi qanuna uyğun sayılmır".
Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, aktivlərin və ya əmlakın müsadirəsi yalnız şübhəli və ya təqsirləndirilən şəxslərə aid olduqda mümkündür. Hazırda Ağalarovlar bu statusda deyil.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır