Netanyahu: Yəhya Sinvar, Nəsrullah, Əsəd - hamısı getdi, siyahı hələ bitməyib
Husilərin rəhbərlərinin yarısı getdi. Yəhya Sinvar getdi. Nəsrullah getdi. Əsəd rejimi getdi. İranın ən yaxşı alimləri, onlar da getdilər. Siyahı hələ bitməyib.
Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.
O, İranın İraqdakı proksilərinin də gedəcəyini bəyan edib.
“HAMAS-ın son qalıqları Qəzzada məskunlaşıb. Onlar 7 oktyabr vəhşiliyini dönə-dönə təkrarlamaq istəyirlər. Ona görə də İsrail işi mümkün qədər tez bitirməlidir”, - o bildirib.
Netanyahu qeyd edib ki, İranın İsrailə qarşı mövcud təhlükəsini aradan qaldırıblar.
Netanyahu Qəzzadakı girovlara da müraciət edib: “Cəsur qəhrəmanlarımız. Bu, Birləşmiş Millətlər Təşkilatından canlı yayımda sizinlə danışan Baş nazir Netanyahudur. Biz sizi bir saniyə belə unutmadıq. İsrail xalqı sizinlədir. Hamınızı evə gətirənə qədər dincəlməyəcəyik”.
İsrail Baş naziri HAMAS-a çağırış edərək onlardan girovları buraxmağı tələb edib: “Girovları, 48 nəfərin hamısını azad edin. İndi azad edin. Əgər onları azad etsəniz, yaşayacaqsanız, yox etməsəniz, İsrail sizi ovlayacaq”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır