Zaxarova Lavrov-Rubio danışıqlarını konsktruktiv adlandırıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio sentyabrın 24-də Nyu-Yorkda konstruktiv və işgüzar atmosferdə danışıqlar aparıb, ikitərəfli gündəliyi müzakirə ediblər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, danışıqlarda həqiqətən işgüzar və konstruktiv atmosfer olub. “Biz Ankoricdən sonrakı gündəliyi müzakirə etdik, Ukrayna ətrafında vəziyyətə diqqət yetirdik, həmçinin Alyaskada əldə olunan anlaşmaların inkişafını, sülh yolu ilə həllə aparan yolların axtarışını bir daha qeyd etdik... Biz ikitərəfli münasibətlərin geniş gündəmini müzakirə etdik”, - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Lavrov və Rubio BMT Baş Assambleyasının 80-ci sessiyasında görüşüblər. Onların söhbəti bir saatdan az çəkib.
Görüşdən sonra Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyi danışıqların təfərrüatlarını açıqlayıb. Dövlət Departamentinin mətbuat katibinin müavini Tommy Piqottun sözlərinə görə, görüşdə Rubio Moskvanı Ukrayna münaqişəsinin uzunmüddətli nizamlanmasına nail olmaq üçün “əhəmiyyətli addımlar” atmağa çağırıb.
Rusiya XİN-in məlumatına görə isə, danışıqlar zamanı Lavrov Moskvanın Rusiya və ABŞ liderlərinin müəyyən etdiyi xəttə sadiq qaldığına, o cümlədən Ukraynadakı münaqişənin əsas səbəblərini aradan qaldırmaq üçün səyləri koordinasiya etməyə hazır olduğuna diqqət çəkib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır