XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturlarına hücumuna "yaşıl işıq" yandırıb

Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturlarına hücumuna "yaşıl işıq" yandırıb

Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturlarına hücumuna "yaşıl işıq" yandırıb
25-09-2025, 13:54

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı enerji infrastrukturlarına hücum edəcəyi təqdirdə, Rusiyaya cavab zərbələrinin endirilməsinə razılıq verib.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Axios”a müsahibəsində deyib.

Onun sözlərinə görə, cavab zərbələri Rusiyanın enerji təsisatlarına və silah istehsalı zavodlarına qarşı həyata keçiriləcək.

Zelenski ABŞ-dan əlavə uzaq mənzilli raketlərin alınacağı təqdirdə, onların istifadə ediləcəyini əlavə edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.