KİV: İsrailin Qəzzaya zərbələri nəticəsində azı 14 nəfər həlak olub

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 14 nəfər həlak olub.
Bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, Fələstin anklavının mərkəzi hissəsində yerləşən Zuveyda şəhərində evə hücum nəticəsində 11 nəfər həlak olub. Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yaşayış binasının atəşə tutulması nəticəsində daha 3 nəfər ölüb.
Hücumlar zamanı daha bir neçə nəfər yaralanıb, ancaq onların sayı açıqlanmır.
Sentyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə intensiv hücumun başladığını təsdiqləyib. Məqsəd Fələstinin radikal HƏMAS hərəkatını məğlub etməkdir. Bundan əvvəl İsrail Ordusu dəfələrlə yerli əhaliyə şəhərə vərəqələr ataraq döyüş bölgəsini tərk etmələri barədə xəbərdarlıq edib. XalqXeber.Az

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır