Azərbaycan Prezidentinin sabiq mətbuat katibi VƏFAT ETDİ
Azərbaycan Prezidentinin sabiq mətbuat katibi, siyasi şərhçi Rasim Ağayev vəfat edib.
Bu barədə onun yaxınları məlumat yayıb.
R.Ağayev sentyabrın 14-də uzun sürən xəstəlikdən sonra 85 yaşında dünyasını dəyişib.
Rasim Hüseyn oğlu Ağayev 17 mart 1940-cı ildə anadan olub. O, ali təhsilli filoloqdur. Tarix elmləri namizədi olan Rasim Ağayev İraqda siyasi qüvvələrin problemlərinə dair dissertasiya müdafiə edib.
1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli “Azradio” yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, “Novosti Press” agentliyinin, “Trud” qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb.
O, “Novosti Press” agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.
Rasim Ağayev vaxtilə Azərbaycan Kommunust Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibinin köməkçisi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri vəzifələrini də tutub.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun mətbuat katibi işləyib.
Rasim Ağayev 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində çalışıb. O,1994-cü ildə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb.
R.Ağayev politologiya tədqiqatlarının və bir sıra bədii kitabların müəllifidir. O, son illər Türkiyə, İran, İraq, MDB, Cənubi Qafqaz ölkələrində geosiyasətin müasir problemlərinə həsr olunmuş elmi konfranslarda iştirak edir, politoloq kimi cari siyasətlə bağlı məsələlərə dair mətbuata şərhlər verirdi. Bir müddət idi ki, xəstəliklə əlaqədar aktiv fəaliyyətini dayandırmışdı.
Allah rəhmət eləsin.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır