Rusiya Türkiyədən "S-400"ləri geri alır - SENSASİON İDDİA
Moskva Türkiyənin artıq aktiv istifadə etmədiyi “S-400” hava hücumundan müdafiə sistemlərini geri alıb başqa ölkələrə satmağı planlaşdırır. ABŞ sanksiyalarını aşmaq istəyən Ankara isə bu plana isti baxır.
Bu barədə Türkiyənin “Nefes” nəşri məlumat yayıb.
Nəşr yazır ki, dünya müharibə və böhranlarla mübarizə apararkən, hava hücumundan müdafiə sistemləri əldə etmək istəyən bir çox ölkə Rusiyaya üz tutub.
Lakin Moskvanın anbarında istifadə olunan sistemlərdən başqa hazır “S-400”ləri yoxdur. Məlumata görə, Rusiyanın 2019-cu ildə Türkiyəyə satdığı, lakin Ankara tərəfindən aktiv istifadə olunmayan “S-400” sistemlərini geri alaraq başqa ölkələrə satmağı düşündüyü bildirilir.
Öz imkanları ilə “Çelik Kubbe” hava hücumundan müdafiə sistemini inkişaf etdirən Türkiyənin isə “S-400”ə olan ehtiyacı hər keçən gün azalır. Üstəlik, “S-400” sistemi NATO-ya iteqrasiya edilə bilmirdi.
Bildirilir ki, sistemin ən vacib komponentlərindən olan raketlərin ömrü artıq yarıya çatıb və bəzi hallarda texniki baxım tələb olunur.
Qeyd edək ki, ABŞ Rusiyadan hava hücumundan müdafiə sistemi aldığı üçün Türkiyəyə CAATSA sanksiyaları tətbiq edib və Ankara “F-35” proqramından çıxarılıb. Bu vəziyyətdə, Türkiyənin “S-400”ləri geri qaytarmağa maraqlı ola biləcəyi qeyd edilir. Çünki Ankara “F-16” tədarükü ilə bağlı ABŞ-la danışıqları davam etdirir və eyni zamanda “F-35” layihəsinə də qayıtmaq niyyətindədir.
Xatırladaq ki, 2017-ci ildə Türkiyə Rusiyadan 2,5 milyard dollar qarşılığında iki “S-400” sistemi almaq üçün müqavilə imzalayıb, sistemlərin çatdırılması isə 2019-cu ildə həyata keçirilib. ABŞ isə CAATSA (Sanksiyalar Yoluyla Amerikanın Düşmənlərinə Qarşı Mübarizə Aktı) çərçivəsində Türkiyəni “F-35” proqramından çıxarıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır