XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb

Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb

Kreml: Rusiya və Ukrayna arasında danışıqlarda fasilə yaranıb
12-09-2025, 14:29

Hazırda Rusiya-Ukrayna danışıqlarında fasilə yaranıb.

Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlaqə kanalları var, onlar yaradılıb. Danışıqçılarımızın bu kanallar vasitəsilə əlaqə qurmaq imkanı var, lakin hələlik, yəqin ki, daha çox fasilədən danışmaq olar", - Kremlin nümayəndəsi bildirib.

O əlavə edib ki, Moskva Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarını axtarmağa hazırdır, lakin "avropalılar bu prosesə mane olurlar".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.