XİN rəhbəri Polşa vətəndaşlarına çağırış edib: Yalvarıram, Rusiya və Belarusa getməyin
Xarici işlər naziri Radoslav Sikorski siyasi oyunların girovuna çevrilməmələri üçün Polşa vətəndaşlarını bir daha Belarus və Rusiyaya getməməyə çağırıb.
Sikorski sentyabrın əvvəlində Belarusda casusluqda ittiham olunaraq saxlanılan polşalı rahib Qjeqoj Havelin vəziyyəti ilə bağlı suala cavab verərkən bildirib ki, Belarus hakimiyyətinin hərəkətləri qəbuledilməzdir.
Bununla belə XİN rəhbəri vurğulayıb ki, Havel Belarusa Polşa Xarici İşlər Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq, səfər edib.
“Belarus və Rusiya kimi ölkələr sadəcə insanları girov götürürlər. Biz isə dəyişmək üçün heç də həmişə “öz girovumuzu” tapmırıq... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kim gedirsə, buna özü risk edir. Sonra Polşa dövlətini günahlandırmayın”, - Radoslav Sikorski vurğulayıb.
Nazir əlavə edib ki, Polşa saxlanılan vətəndaşın azad olunması yollarını axtarır:
“Əgər bu bizim əlimizdə olsaydı, Belarusda həbs olunan polşalılar çoxdan azadlıqda olardılar”.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır