XalqXəbər.Az

XalqXeber.Az » Dünya » İsrail Tehrana genişmiqyaslı zərbələr endirdi

İsrail Tehrana genişmiqyaslı zərbələr endirdi

İsrail Tehrana genişmiqyaslı zərbələr endirdi
20-06-2025, 09:50

İsrailin Müdafiə ordusu bu gecə Tehranın mərkəzi hissələrinə genişmiqyaslı zərbələr endirib. 

Bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 

Bildirilib ki, İranın paytaxtında raket istehsalı üzrə hərbi obyektlər də daxil olmaqla onlarla hədəf vurulub. 

Zərbələrin endirilməsinə İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcı təyyarəsi cəlb edilib, 120-yə yaxın sursat istifadə edilib.


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.