Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib
Bu gün Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışı münasibətilə tədbir keçirilib.
Açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də iştirak edib.
Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxışında bildirib ki, müasir, güclü və peşəkar ordu müstəqil dövlətin sütunlarından biridir:
"Xüsusilə Azərbaycan kimi mürəkkəb coğrafiyada yerləşən bir ölkə üçün ordu müstəqilliyin, suverenliyin və ləyaqətin qoruyucusudur. Bu ordu Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biridir. Hələ 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması ilə Azərbaycanın gələcək hərbi elitasının formalaşdırılması prosesi başlayıb".
Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Rəşad Əsgərov deyib ki, 44 günlük Vətən müharibəsində və digər hərbi əməliyyatlarda hərbi liseyin məzunları yüksək döyüş və peşəkarlıq nümunəsi göstəriblər:
"Liseyin məzunlarından 4-ü “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülüb, 96-sı isə şəhidlik zirvəsinə ucalıb. Hazırda onlarla məzun dünyanın müxtəlif hərbi akademiyalarında – Türkiyə, Rusiya, İtaliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələrdə təhsillərini davam etdirirlər".
Vətən müharibəsi şəhidi Şükür Hacıyevin anası Fatma Şükürlü Azərbaycanın tarixi zəfərinin qazanılmasında Heydər Əliyev adına Hərbi Liseyin məzunlarının da böyük rolu olduğunu vurğulayıb, kursantlara təhsillərində uğurlar arzulayıb.
Sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Orkestrin müşayiətilə hərbi liseyin marşı ifa edilib, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır