XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Türkiyənin hakim partiyası İsrailin İrana hücumunu pisləyib

Türkiyənin hakim partiyası İsrailin İrana hücumunu pisləyib

Türkiyənin hakim partiyası İsrailin İrana hücumunu pisləyib
13-06-2025, 10:07

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik İsrailin İrana hücum etməsi məsələsinə münasibət bildirib.

Bu barədə diplomat “X” sosial media hesabında yazıb.

Ömer Çelik İsrailin İrana hücumunu açıq aqressiya adlandırıb və kəskin şəkildə qınadığını bəyan edib.

Sözçü qeyd edib ki, ABŞ və İran arasında danışıqlar davam edərkən İsrailin bu hücumu həyata keçirməsi İsrailin bütün diplomatik səylərdən yayındığını göstərir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.