Tramp İranla müharibə istəmədiyini dedi
ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişənin əleyhinə olduğunu, lakin nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün Tehranla razılığın mümkünlüyünə şübhə etdiyini deyib.
Donald Tramp bunu “The New York Post” qəzetinin “Pod Force One” podkastının efirində söyləyib.
“İndi bir neçə ay əvvəl olduğum qədər nikbin deyiləm və Tehranla razılaşmanın olacağına əminliyim azalıb. Razılaşma baş tutmasa da İran nüvə silahlarına sahib olmayacaq. Əlbəttə, hər şeyi müharibəsiz, itkisiz həll etmək daha yaxşıdır”, - deyə ABŞ Prezidenti bildirib.
Xatırladaq ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada Tehranın nüvə proqramı ilə bağlı danışıqların beşinci raundunu keçiriblər. Danışıqlarda vasitəçi qismində çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məsləhətləşmələrdə müəyyən irəliləyişə nail olunduğunu açıqlayıb. Onun iranlı həmkarı isə öz növbəsində bir neçə görüşdən sonra Tehran və Vaşinqtonun müsbət nəticəyə ümid etdiklərini vurğulayıb.
İran Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqların altıncı raundunun iyunun 15-də Omanın paytaxtı Maskatda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bir müddət öncə, İranın müdafiə naziri Əziz Nəsirzadə ABŞ-la müharibə olacağı təqdirdə Birləşmiş Ştatların Yaxın Şərqdəki bütün hərbi bazalarının hücuma məruz qalacağını deyib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır