Zelenski: Ukrayna ayda 27 minə qədər insanı səfərbər edə bilər
Ukrayna ayda 27 min, Rusiya isə 40-50 min nəfər səfərbər edə bilər.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Səfərbərlik istənilən müharibədə problemdir. Ukrayna da istisna deyil, ancaq biz müharibənin bitməsini istəyirik. İnsanlar yorulur. Biz ayda 27 min, ruslar isə 40-50 min nəfəri səfərbər edə bilər", - Zelenski bildirib.
Digər ölkələrin bəzi liderlərinin Ukraynada səfərbərliyin 18 yaşdan başlaması ilə bağlı bəyanatlarına münasibət bildirən prezident bunu zəruri hesab etmədiyini vurğulayıb.
“Hörümçək toru” əməliyyatı göstərdi ki, əsas olan insanların sayı deyil, silah və texnologiya, eləcə də pul və təzyiqdir. Sanksiyalar isə məhz rusların müharibəni maliyyələşdirdiyi pullara yönəldilə bilərdi", - Zelenski izah edib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır