Kolumbiyada neft boru kəmərinə terror hücumu olub
Naməlum şəxslər Kolumbiyanın Arauka departamentində Bisentenario neft kəmərində terror aktı törədiblər.
Bu barədə "Ecopetrol" neft-qaz şirkətinin törəmə şirkəti olan "Cenit"in Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, “Cenit” Arauka Departamentinin Fortul bələdiyyəsinin kənd yerlərində, Palmarito bölgəsindəki bir boru kəmərində təcili tədbirlər və sızmalara cavab planını aktivləşdirib.
Yerli sakinlərə təmir işləri başa çatana qədər hadisə yerinə yaxınlaşmamağa, həmçinin Karanal çayının suyundan istifadə etməməyə çağırış edilib.
Şirkətdən verilən məlumata görə, Kolumbiya Milli Ordusu texniki mütəxəssislərin girişi üçün ərazinin təhlükəsizliyini təmin edir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır