Rusiya Ermənistana xəbərdarlıq etdi
Cənubi Qafqazda qeyri-regional ölkələrin aktivliyi artıb və Ermənistanın Sünik (Zəngəzur) bölgəsi ətrafında gərginlik qalmaqdadır.
Bunu Bişkekdə KTMT Müdafiə Nazirləri Şurasının iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.
“Cənubi Qafqazdakı qeyri-regional ölkələrin məqsədi təhlükəsizliyi gücləndirmək deyil, öz təsirlərini genişləndirməkdir”, - Rusiya müdafiə naziri bildirib.
Belousov Ermənistan-Azərbaycan münasibətlərinin qeyri-sabit vəziyyətindən narahatlığını da bildirib. Onun sözlərinə görə, Ermənistanın Sünik rayonu ətrafında gərginlik qalmaqdadır. O, əmin edib ki, Moskva İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır və hər cür kömək edə bilər.
Andrey Belousovun “Cənubi Qafqazda xarici ölkələrin fəallığı artır” sözləri İrəvanla Parisə ünvanlanıb. Çünki bir neçə gündən sonra – iyunun 2-də Gorusda Ermənistan-Fransa konfransı keçiriləcək və həmin gün Paris Qərbi Zəngəzurda konsulluq açacaq.
Belousov dolayısı ilə Fransanın Ermənistanda konsullqu açmasının əleyhinə çıxıb. Onun sözlərini həm də Ermənistana xəbərdarlıq hesab etmək olar.
Kreml hesab edir ki, Fransanın Ermənistandakı fəallığının əsas məqsədi Rusiyanı bu ölkədən sıxışdırıb çıxarmaqdır.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır