XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Rusiya bu kəndlərdə nəzarəti ələ keçirdi

Rusiya bu kəndlərdə nəzarəti ələ keçirdi

Rusiya bu kəndlərdə nəzarəti ələ keçirdi
27-05-2025, 08:29

Rusiya ordusu Sumı vilayətinin sərhədyanı ərazilərində bəzi yaşayış məntəqələrinə nəzarəti ələ keçirib. 

Bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Novyenko, Basovka, Veselovka və Juravka kəndlərini ələ keçirib:

“Bu kəndlərin sakinləri çoxdan təxliyə edilib, orada mülki əhali üçün heç bir təhlükə yoxdur”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.