Hakan Fidan Rusiya və Ukrayna tərəfinə çağırış etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya ilə Ukrayna arasında İstanbul sülh danışıqları sayəsində münaqişənin həlli üçün açılmış fürsətdən istifadə etməyə çağırıb.
Türkiyə diplomatiyasının rəhbəri bunu İstanbuldakı Dolmabağça iqamətgahında Türkiyə, Rusiya və Ukrayna nümayəndələrinin üçtərəfli görüşünün açılışında deyib.
"Biz sülh yolunda irəliləmək üçün bu fürsətdən istifadə etməliyik", - nazir bildirib.
O qeyd edib ki, bu görüş “2022-ci ilin martından bəri tərəflər arasında ilk birbaşa yüksək səviyyəli təmasdır”.
Nazir həmçinin Türkiyənin dialoqun asanlaşdırılmasındakı aparıcı rolunu vurğulayıb və hər iki tərəfi “tarixi fürsətdən” istifadə etməyə çağırdığını təkrarlayıb.
“Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident Donald Trampın sülh çağırışlarının prezidentlər Vladimir Putin və Vladimir Zelenski tərəfindən dinlənilməsini çox vacib hesab edirik.
Başa düşdüyünüz kimi, biz indi iki yol olduğu bir nöqtəyə çatmışıq. Yollardan biri bizi sülhə aparacaq bir prosesə başlayacaq, digəri isə daha böyük dağıntılara və insan tələfatına səbəb olacaq", - nazir əlavə edib.
O xatırladıb ki, Türkiyə münaqişənin lap əvvəlindən qarşı tərəfi danışıqlar masasına oturtmaq üçün aktiv səylər göstərib. Fidanın sözlərinə görə, həm Rusiya, həm də Ukrayna nümayəndələrinin İstanbulda qəbulu “Ankaranın müharibəni bitirmək üçün qəti iradəsini” əks etdirir.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ukraynada dərhal atəşkəs zərurəti mülki əhali arasında itkilərin davam etməsi ilə bağlıdır.
“Müharibənin insan tələfatı davam etdiyi üçün sürətli atəşkəs vacibdir”, - Hakan Fidan bildirib.
Nazir həmçinin tərəfləri liderlər arasında gələcək sammitə zəmin yarada biləcək konstruktiv yanaşmaya çağırıb.
"Növbəti mərhələ, etdiyimiz seçimlər və atdığımız addımlar vasitəsilə kollektiv şəkildə müəyyən ediləcək. Biz səmimi şəkildə inanırıq ki, sülhə konstruktiv danışıqlar yolu ilə nail olmaq olar", - deyə o, yekunlaşdırıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır