Paşinyanın vəziyyəti mürəkkəbləşib: Moskvaya getsin, getməsin?
Ermənistan Baş nazirinin ofisi Nikol Paşinyanın mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edib-etməyəcəyini açıqlamaqdan yayınır.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Hələlik yalnız parlamentin sədri Alen Simonyan Paşinyanın Moskva paradında iştirakının düzgün addım olacağı fikrini bildirib.
Qəzet yazır ki, Baş nazir ofisi səfərin olacağı barədə xəbəri ləngitməsi hakim partiya daxilindəki fikir ayrılıqları ilə bağlıdır. Çünki hakimiyyətdəki “sorosçular” Paşinyanın Moskvaya getməyinə qarşıdırlar, onlar iddia edirlər ki, erməni liderin paradda iştirakı xarici tərəfdaşların təhdidləri ilə nəticələnəcək.
Nəşr qeyd edir ki, Hindistan, Macarıstan və Slovakiya baş nazirlərinin paradda iştiraklarını ləğv etməsindən sonra Paşinyanın vəziyyəti daha da mürəkkəbləşib. Bununla belə, Paşinyan fors-major hal baş verməsə, Moskvaya getməyə meyllidir.
Paşinyan Moskvaya yollanarsa, hakim partiyanın parlament üzvlərindən yalnız milliyyətcə rus olan Aleksey Sandikov onunla birlikdə gedəcək. Çünki Rusiya “Vətəndaş müaqviləsi”nin bir çox üzvlərini rədd edir və bəzi Soros tərəfdarları hətta “persona non qrata” elan edilib, yəni onların Moskvaya girişi qadağan edilib.
Ermənistandan hansısa hərbi birləşmənin parada göndərilməsinə gəlincə, hakimiyyətdən “Hraparak”a bildirilib ki, bu olmayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır