Yəmənə endirilən zərbələr nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb - YENİLƏNİB
ABŞ-nin Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 38 nəfər həlak olub, daha 102 nəfər yaralanıb.
Bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri azı 14 hücum həyata keçirib.
ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığı öz növbəsində Ras-İsa limanının məhv edildiyi barədə məlumat yayıb. “X” sosial şəbəkəsində verilən bəyanata görə, bu, üsyançıları neft məhsullarının satışından "qanunsuz gəlir" əldə etməkdən və yanacağa çıxışdan məhrum edib.
***
ABŞ-nin Yəmən ərazisinə hava hücumları nəticəsində azı 22 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, bombardman cümə günü gecə Qırmızı dəniz sahilində yerləşən Ras-İsa limanı neft terminalının yerləşdiyi Əl-Hodeyda əyalətində olub. Qeyd olunur ki, 17 fəhlə və xidmətçi, həmçinin 5 təcili yardım işçisi həlak olub.
Limanda güclü yanğın baş verib, yanğınla mübarizə hələ də davam edir.
Əl-Hodeydanın qubernatoru Abdullah Oteyfi deyib ki, Amerikanın cinayətkar təcavüzü yalnız mülki infrastrukturun obyekti olan Ras-İsa limanına yönəlib. O vurğulayıb ki, ABŞ-nin hərəkətləri Yəmən xalqını Qəzza zolağında fələstinlilərə dəstək verməkdən imtina etməyə məcbur etməyəcək.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır