HƏMAS siyasi partiya olmaq istəyir
Fələstinin HƏMAS hərəkatı siyasi partiyaya çevrilməyə hazır olduğunu bildirib.
Bu barədə “Əl-Hədath” telekanalı məlumat yayıb.
Mənbələrin sözlərinə görə, təşkilatın bəzi liderləri başqa ölkələrdə təqib olunmayacaqları təqdirdə, Qəzza zolağını tərk etməyə razıdırlar.
HƏMAS liderinin müşaviri Tahir əl-Nunu edib ki, təşkilat ciddi bir razılaşma müqabilində girovları azad etməyə hazırdır. Razılaşma İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağından çıxmasını və atəşkəsi nəzərdə tutur.
Qeyd edək ki, Misir HƏMAS-a çıxılmaz vəziyyətdən çıxmaq üçün İsrailə 10-a yaxın girovun qaytarılmasını və Qəzzada saxlanılan 59 israillinin vəziyyəti ilə bağlı ətraflı hesabat təqdim olunmasını təklif edib.
Haaretz qəzetinin mənbələrinə əsasən, Misirin təklifi HƏMAS-ın hücum xarakterli silahlardan imtina etməsini və Qəzzada “Sosial Dəstək Komitəsi” adlı yeni mülki idarəetmə strukturunun yaradılmasını nəzərdə tutur. Bu komitə texnokratlardan ibarət olacaq və HƏMAS, yaxud digər fələstinli qruplarla əlaqəli olmayacaq.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır