Almaniya BMT-nin xətti ilə qaçqınların qəbulunu dayandırıb
Almaniya BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının proqramı çərçivəsində qaçqınların könüllü qəbulunu müvəqqəti olaraq dayandırıb.
Bu barədə “Deutsche Presse-Agentur” (DPA) məlumat yayıb.
Almaniya Daxili İşlər Nazirliyi və BMT idarəsinin məlumatına görə, bu qərar hazırda Xristian Demokratik və Xristian Sosialist ittifaqları bloku ilə Almaniya Sosial Demokrat Partiyası arasında aparılan hakim koalisiya danışıqları ilə bağlıdır. İlkin məsləhətləşmələrin yekunu üzrə onlar qaçqınların könüllü qəbulu proqramlarını mümkün qədər tez başa çatdırmaq və yeni proqramlara qoşulmamaq barədə razılığa gəliblər.
Daha əvvəl Almaniya hökuməti 2024-2025-ci illərdə BMT-nin xətti ilə ümumilikdə 13 100 qaçqını Almaniya ərazisində yerləşdirməyə razılıq vermişdi. Onlardan 5 061 nəfəri artıq Almaniyaya daxil olub, onların arasında Türkiyədən olan suriyalı qaçqınlar da var.
Almaniyanın ehtimal olunan gələcək kansleri Fridrix Merts hakimiyyətə gələcəyi təqdirdə miqrasiya siyasətini sərtləşdirmək niyyətində olduğunu dəfələrlə bildirib.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır