XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Ermənistanda restoran yaxınlığında bir nəfər öldürülüb, dörd nəfər yaralanıb

Ermənistanda restoran yaxınlığında bir nəfər öldürülüb, dörd nəfər yaralanıb

Ermənistanda restoran yaxınlığında bir nəfər öldürülüb, dörd nəfər yaralanıb
30-03-2025, 11:00

 

Ermənistanın Kotayk vilayətinin Çarentsavan şəhərində qətl hadisəsi baş verib.
Bu barədə "shamshyan.com" kriminal xəbərlər saytı məlumat yayıb.
Məlumata görə, şəhərdə tanınmış restoran yaxınlığında baş vermiş hadisə nəticəsində 21 yaşlı Rubik Xanoyan öldürülüb, daha dörd nəfər yaralanıb.
Qeyd olunub ki, yaralılar Çarentsavandakı tibb mərkəzindən təcili yardım maşını ilə Yerevana, Mikaelyan adına xəstəxanaya çatdırılıblar.
Müstəntiqlər və polis hadisənin təfərrüatlarını araşdırır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.