İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın iki üzvünü öldürüb
İsrail Müdafiə Qüvvələri (İMQ) Livanın cənubunda kəşfiyyat apardığı və terror əməliyyatlarına cavabdeh olduğu iddia edilən "Hizbullah" qruplaşmasının iki üzvünü öldürüb.
Bu barədə bazar günü ordunun mətbuat xidməti məlumat yayıb.
“İMQ bu gün səhər saatlarında Livanın cənubundakı Yatar və Mis əl-Cəbl ərazilərində kəşfiyyat aparan və aparıcı terror əməliyyatlarında iştirak edən iki “Hizbullah” terrorçusunu öldürüb", – məlumatda bildirilib.
Qeyd edək ki, 2024-cü ilin noyabrında imzalanmış atəşkəs sazişinin icrası fonunda ərazi iddialarının həlli üçün martın 11-də İsrail və Livan ABŞ ilə Fransanın iştirakı ilə danışıqlara başlayıb. Danışıqlar günü İsrail ordusu xoşməramlılıq əlaməti olaraq bir neçə livanlı əsiri Livan ordusuna təhvil verib.
Fevral ayında İsrail, razılaşmaya uyğun olaraq, Livanın cənubundan çəkilməsini tamamlayıb, lakin beş sərhəd mövqeyində mövcudluğunu saxlayıb.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır