XalqXəbər.Az

XalqXeber.Az » Dünya » Britaniya sahillərində tankerlə yük gəmisi toqquşdu - 30-dan çox yaralı var

Britaniya sahillərində tankerlə yük gəmisi toqquşdu - 30-dan çox yaralı var

Britaniya sahillərində tankerlə yük gəmisi toqquşdu - 30-dan çox yaralı var
10-03-2025, 18:56

Şimal dənizində Böyük Britaniya sahillərində tankerlə yük gəmisi toqquşub.

Bu haqda “Sky News” məlumat yayıb.

Məlumata görə, toqquşma nəticəsində ən azı 32 nəfər xəsarət alıb.

Telekanalın məlumatına görə, lövbərdə olan ABŞ bayrağı altında üzən “Stena Immaculate” neft tankerində və ona çırpılan Portuqaliya bayrağı altında üzən “Solong” konteyner gəmisində olanların dəqiq sayı barədə təsdiqlənmiş məlumat yoxdur.

“BBC” “Stena Immaculate” gəmisinin bütün ekipaj üzvlərinin xilas edildiyini açıqlayır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.