Tramp Dövlət Departamentinə Ukraynaya hərbi yardımın dayandırılma imkanını araşdırmağı tapşırıb
Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdəki mübahisədən sonra Dövlət Departamentinə Ukraynaya hərbi yardımın tamamilə və ya birdəfəlik dayandırılması imkanlarını araşdırmağı tapşırıb.
Bu barədə "The Wall Street Journal" yazıb.
Bildirilib ki, D. Tramp qərarını Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra verib:
"Görüşün gözlənilməz sonluqla bitməsi bundan sonra ABŞ-nin Ukraynaya hansı siyasi-hərbi dəstəyi göstərəcəyi barədə sualları cavabsız qoyub. Digər tərəfdən Ağ Evdə baş vermiş məlum qalmaqal avropalı sülhməramlıların Ukraynaya göndərilməyə hazır olması perspektivlərini daha da çətinləşdirir. Çünki bundan əvvəl Avropa İttifaqı rəsmi şəkildə Ukraynada sülhməramlıların fəaliyyətə başlama perspektivlərinin rəsmi Vaşinqtondan asılı olduğunu bəyan edib".

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır